“Qarabağ” Kiyevdə

Bu gün Ağdamın “Qarabağ” komandası UEFA Avropa Liqasının qrup mərhələsində üçüncü turun oyununu keçirəcəkdir. Ölkə çempionumuz bu dəfə Kiyevin “Olimpiyski” stadionunda Ukrayna çempionatının lideri Dnepropetrovskın “Dnepr” klubu ilə görüşəcəkdir. Bakı vaxtı ilə saat 00:05-də başlanacaq oyunu Libor Kovarikin başçılığı ilə çexiyalı hakimlər briqadası idarə edəcəkdir.

Oyun hər iki rəqib üçün son dərəcə mühüm əhəmiyyət kəsb edir. Qalib komanda qrupda ikinci yer uğrunda mübarizədə və pley-off mərhələsinə aparan yolda özünə yaxşı zəmin yaratmış olacaq. Qrupun digər oyununda İtaliyanın “İnter” klubunun futbolçuları “Sent-Etyen”i (Fransa) qəbul edəcəklər.

Üçüncü  tur ərəfəsində ilk iki görüşdə maksimum nəticə göstərmiş italyanlar 6 xalla vahid liderdirlərsə, qalan üç komanda, demək olar, eyni vəziyyətdədir. İki xala malik Fransa təmsilçisi “Qarabağ” və “Dnepr”dən cəmi bir xal irəlidədir. Qrup turnirinin birinci dövrəsini onlardan hansının daha yaxşı əhval-ruhiyyə ilə başa vuracağını bu gecə biləcəyik.

 

Oqtay BAYRAMOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında