Səkkizinci tura Lənkəranda yekun vuruldu

Azərbaycan milli komandası futbolçularının Avropa çempionatının seçmə yarışları çərçivəsində İtaliya və Xorvatiyaya səfəri ilə əlaqədar Topaz Premyer Liqasında verilən üç həftəlik fasilədən sonra ölkə birinciliyində keçirilən səkkizinci tur ötən bazar günü “Xəzər - Lənkəran”ın “Bakı” üzərində böyük hesablı qələbəsi ilə başa çatmışdır - 4:0.

Turun cümə və şənbə günlərinə təsadüf etmiş qalan oyunlarında “Qarabağ” futbolçuları “Qəbələ”ni iki cavabsız topla məğlubiyyətə uğratmış  - 2:0, “Neftçi” səfərdə “Sumqayıt” üzərində qələbə qazanmış - 1:0, “Araz - Naxçıvan” - AZAL (2:2) və “İnter” - “Simurq” (0:0) görüşlərində heç-heçə qeydə alınmışdır.

Səkkiz turdan sonra turnir cədvəlinə 15 xalla “İnter” başçılıq edir. İkinci - üçüncü mövqelərdə olan “Qarabağ” və “Neftçi” müvafiq surətdə 14 və 13 xal toplamışlar. Lakin bu komandalar liderdən bir oyun az keçirmişlər.

Çempionatda növbəti, doqquzuncu turun oyunları oktyabrın 24-26-da keçiriləcəkdir. Bu turda azarkeşlər “Qəbələ” - “Sumqayıt”, “Simurq” -  “Araz - Naxçıvan”, AZAL - “Bakı”, “Qarabağ” - “Xəzər - Lənkəran” və “Neftçi” - “İnter” görüşlərini izləmək imkanı qazanacaqlar.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında