“Qitələrarası kubok” turnirində üç medal

Dağıstanın Xasavyurt şəhərində keçirilmiş sərbəst güləş üzrə altıncı “Qitələrarası kubok” turnirində Azərbaycan təmsilçilərindən üç nəfəri çıxışlarını fəxri kürsüdə başa vurmuşdur.

Məhəmməd Müslümov və Aleksandr Qostiyev finaladək məğlubiyyətsiz irəliləmiş və yalnız həlledici görüşdə uduzaraq müvafiq surətdə 65 və 86 kq çəki dərəcələrində gümüş medala sahib olmuşlar. Cəbrayıl Həsənov (74 kq) isə bürünc mükafat qazanmışdır.

Bu arada Birləşmiş Güləş Təşkilatı (BGT) qadın güləşçilərin və yunan - Roma üsulu ilə güləşənlərin növbəti reytinq cədvəlini dərc etdirmişdir. Ölkəmizin iki idmançısı qadınların siyahısında öz çəki dərəcələrində birinci onluqda yer almışdır. Milli komandamızın liderləri Mariya Stadnik (48 kq) dördüncü, Yuliya Ratkeviç (60 kq) ikinci pillədə irəliləyirlər.

“Klassiklərdən” isə Saman Təhmasibi (85 kq) ikinci, Rəsul Çunayev (71 kq) üçüncü, Elvin Mürsəliyev (75 kq) beşinci və Həsən Əliyev (66 kq) yeddinci mövqedədirlər.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında