Dünya çempionatında uğurlu onuncu tur

Xəbər verdiyimiz kimi, Hindistanda 20 yaşlı oğlan və qızlar arasında şahmat üzrə dünya çempionatı keçirilir. Çempionatın onuncu turu Azərbaycan təmsilçiləri üçün  xüsusilə uğurlu olmuşdur.

Bu turda hər  üç şahmatçımız hindistanlı rəqiblərlə görüşlərdən qalib ayrılmışdır. Səbinə İbrahimova  daha bir qələbədən sonra xal ehtiyatını 6,5-ə çatdıraraq 40 iştirakçı arasında doqquzuncu pilləyə yüksəlmişdir. O, ikinci yerdə olan Ann Çumpitasdan (Peru) bir xal geri qalır.

Oğlanların çempionatında isə 130-dan çox rəqib yarışır. Burada Ülvi Bacarani 6,5, Nicat Abbasov 6 xal toplamışlar. Bu nəticələrlə onlar müvafiq surətdə 17-ci və 32-ci yerləri tuturlar.

On üç turdan ibarət dünya çempionatına oktyabrın 19-da yekun vurulacaqdır.

 

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında