“Qran-Pri”: Bakıdan Daşkəndə

Azərbaycan paytaxtında Beynəlxalq Şahmat Federasiyasının (FİDE) 2014-2015-ci illər üçün “Qran-Pri” yarışlarının birinci mərhələsinin qalib və mükafatları yenicə müəyyənləşmişdir.  İndi isə Özbəkistanın baş şəhəri Daşkənd ikinici mərhələ iştirakçılarını qəbul etməyə hazırlaşır.

Bakıdakı kimi, burada da starta 12 qrossmeyster çıxacaq. Bunlar Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, italiyalı Fabiano Karuana, Boris Gelfand (İsrail), ABŞ təmsilçisi Hikaru Nakamura, rusiyalılar Sergey Karyakin, Dmitri Yakovenko, Dmitri Andreykin, fransız Maksim Başye-Laqrav, hollandiyalı Aniş Giri, Baadur Cobava (Gürcüstan) və Rüstəm Qasımcanovdur (Özbəkistan).

Daşkənd turnirinin açılış mərasimi oktyabrın 20-də olacaq. Ertəsi gün birinci turun görüşləri keçiriləcək, sonuncu – 11-ci tur isə noyabrın 2-nə təyin edilmişdir.

Artıq xəbər verdiyimiz kimi, “Qran-Pri”  yarışları dörd mərhələdən ibarətdir və son iki turnir gələn il Tbilisi və Xantı-Mansiyskdə (Rusiya) keçiriləcəkdir. Hər iştirakçı (cəmi 16 nəfər) üç turnirdə çıxış edir. Məmmədyarov və Rəcəbov üçün 3-cü turnir Gürcüstan  paytaxtında keçiriləcək yarış olacaq. “Qran-Pri” görüşlərinin ümumi yekununda ən yaxşı nəticə göstərən iki qrossmeyster iddiaçıların dünya birinciliyi uğrunda növbəti turnirində oynamaq hüququ qazanacaq.

Hələlik Karuana və Gelfand öz çıxışlarından daha çox razı qala bilərlər. İtaliya və İsrail şahmatçıları paytaxtımızda bütün rəqiblərindən yaxşı çıxış edib eyni miqdarda xal toplamaqla (6,5) birinci-ikinci  yerləri bölüşmüşlər. Onlar bu uğurlarına görə hərəyə 155 bal qazanmışlar. Bakı turnirində müvafiq surətdə səkkizinci və doqquzuncu yerləri tutmuş Rəcəbov 50, Məmmədyarov isə 35 bal toplamışlar.

Qrossmeysterlərimiz “Qran-Pri” yarışlarının yekun cədvəlində finişə ilk iki pillədən birində çatıb iddiaçıların turnirinə vəsiqə qazanmaq üçün əvvəlcə Daşkənddə, sonra isə Tbilisidə çıxışlarını yüksək nəticələrlə, qalib və mükafatçılar sırasında başa vurmalıdırlar.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında