FİDE “Qran-Pri”si finişin astanasında

Bakıda keçirilən Beynəlxalq Şahmat Federasiyasının (FİDE) “Qran-Pri” turniri finişə yaxınlaşdıqca mübarizənin gərginliyi daha da artır. On bir turdan ibarət yarışın başa çatmasına iki tur qalmış liderlər qrupunu təşkil edən altı qrossmeyster, turnir iştirakçılarının tən yarısı eyni nəticə göstərmişdir.

“Qran-Pri”də ikinci və sonuncu istirahət günündən sonra keçirilən doqquzuncu turun kifayət qədər məhsuldar olması, altı görüşdən dördündə qələbə qeydə alınması da finişdə rəqiblərin mübariz əhval-ruhiyyədə olduğunu təsdiq edir. Ötən turda Şəhriyar Məmmədyarov da nəhayət, çoxdan gözlənilən ilk qələbəsini qazanmışdır. Qrossmeyterimiz israilli  Boris Gelfanda qalib gəlmişdir.

Daha üç görüşdə Hikaru Nakamura (ABŞ) Rüstəm Qasımcanovu (Özbəkistan), rusiyalılar Aleksandr Qrişuk və Dmitri Andreykin müvafiq surətdə Fabiano Karuana (İtaliya) və Lenyer Domingesi (Kuba) məğlubiyyətlə barışmağa məcbur etmişlər. Teymur Rəcəbov-Sergey Karyakin (Rusiya) və Pyotr Svidler—Yevgeni Tomaşevski (hər ikisi Rusiya) görüşlərində isə rəqiblər hərəyə yarım xal qazanmışlar.

Tura yekun vurulduqda aydın oldu ki, Rəcəbov, Karuana, Nakamura, Karyakin, Gelfand və Svidler hərəyə 5 xal toplamışlar və mükafata layiq yerlər uğrunda mübarizədə daha yaxşı imkana malikdirlər. Cədvəlin ikinci yarısında olan Qasımcanov və Tomaşevski son iki turu 4,5, Məmmədyarov, Qrişuk və Andreykin 4, Dominges isə 3 xalla qarşılamışlar.

Nəticələrdən də göründüyü kimi, liderlər qrupunda çox sıxlıqdır və hər şey finişdə qəti müəyyənləşəcək. Sonuncudan əvvəlki, onuncu turun oyunları dünən keçirilmişdir. Bu turda Rəcəbov Gelfandla, Məmmədyarov isə Nakamura ilə görüşmüşlər.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında