“Bakı-2015” Avropa Oyunları Gürcüstan Milli Olimpiya Komitəsinin 25 illik yubiley tədbirində təmsil olunub

 “Bakı-2015” ilk Avropa Oyunları Gürcüstan Milli Olimpiya Komitəsinin yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirlərin bir hissəsi olaraq Tbilisidə MDB və Baltikyanı ölkələrin Milli Olimpiya komitələrinin regional forumunda təqdimat keçirib.

“Bakı-2015”dən AzərTAc-a bildiriblər ki, tədbirlərdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi üzrə Milli Olimpiya Komitəsi Mübadilə və Regional Forumlar Proqramı çərçivəsində, ümumilikdə, 15 ölkədən dəvət olunmuş nümayəndələr, o cümlədən BOK-un üzvləri iştirak ediblər.

“Bakı-2015”in və Azərbaycan Milli Olimpiya Komitəsinin üzvlərindən ibarət nümayəndə heyəti birinci Avropa Oyunları ilə bağlı görülən hazırlıq işləri barədə iştirakçılara məlumat verib. “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin atlet xidmətləri və əməliyyatlar şöbəsinin direktoru Ceyms Makleod deyib: “Azərbaycanın əldə etdiyi uğurlar barədə qonşu ölkələri məlumatlandırmaq baxımından Gürcüstan Milli Olimpiya Komitəsi tərəfindən belə mühüm tədbirə dəvət olunmaq bizim üçün gözəl imkandır. Biz həmin ölkələrin idmançılarının Bakıda keçiriləcək birinci Avropa Oyunlarında yarışacaqlarını səbirsizliklə gözləyirik. Gürcüstanın Milli Olimpiya Komitəsini 25 ildə əldə etdiyi uğurlar münasibətilə təbrik etmək və gələcəkdə daha böyük nailiyyətlər qazanmağı arzulamaq istərdim”.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də tədbirdə iştirak ediblər.

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili və Baş nazir İrakli Qaribaşvili gələn il baş tutacaq birinci Avropa Oyunlarına qatılmaq arzusunda olan gənc idmançılarla görüşüblər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında