Bakıda şahmat üzrə Qran-pri turnirinin birinci mərhələsinin onuncu turu başa çatıb

Bakıda keçirilən şahmat üzrə Qran-pri turnirinin birinci mərhələsinin onuncu turu başa çatıb.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə bu turda oynanılan partiyalara baxıb.

Azərbaycanın Baş nazirinin birinci müavini, 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov da Qran-pri yarışının onuncu turunda şahmatçılarımızın çıxışları ilə maraqlanıblar.

Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində keçirilən yarışın bu turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ idmançısı Hikaru Nakamura ilə heç-heçə oynayıb. Digər şahmatçımız Teymur Rəcəbov isə İsrail təmsilçisi Boris Gelfanda məğlub olub.

On turdan sonra İtaliya şahmatçısı Fabiano Karuano və İsrail təmsilçisi Boris Gelfand hərəyə 6 xal toplayaraq 1-2-ci yerləri bölüşürlər. Sergey Karyakin, Petr Svidler, Yevgeniy Tomaşevski və  Hikaru Nakamura 5,5, Teymur Rəcəbov və Aleksandr Qrişuk 5, Şəhriyar Məmmədyarov və Rüstəm Kasımcanov 4,5, Dmitriy Andreykin 4, Lenyer Domingez isə 3 xal toplayıblar.

 

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında