Liderlərin yarım addımlığında

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda keçirilən “Qran-Pri” turnirinin ilk yeddi turundan sonra liderlər qrupunda olan Teymur Rəcəbov finişə mükafatçılar sırasında çatmaq üçün özünə yaxşı zəmin yaratmışdır. Qrossmeysterimiz altı-yeddinci turlarda müvafiq surətdə rusiyalı Aleksandr Qrişuka qalib gəlmiş və Kuba təmsilçisi Lenyer Domingeslə heç-heçəyə razılaşmışdır.

Yeddi turdan sonra 4 xala malik Rəcəbov onunla eyni nəticə göstərmiş Sergey Karyakin (Rusiya) və Rüstəm Qasımcanovla (Özbəkistan) üç-beşinci yerləri bölüşdürür. Bu şahmatçıları 4,5 xalla turnir cədvəlinə başçılıq edən Boris Gelfand (İsrail) və Fabiano Karuanadan (İtaliya) yarım addımlıq məsafə ayırır. Yeddinci turda Gelfand Qasımcanovla heç-heçə oynamış, Karuana isə uğurlu görüşlər seriyasından sonra Dmitri Andreykinə (Rusiya) uduzmuşdur.

Rəcəbovdan fərqli olaraq, Şəhriyar Məmmədyarov turnir cədvəlində arzuolunmaz mövqedədir. Yeddi görüşdən beşində heç-heçə oynayıb, iki rəqibinə uduzan Məmmədyarov son dörd tur qarşısında 2,5 xal toplayaraq  Andreykin və Qrişukla 10-12-ci yerləri bölüşdürür.

Dünən keçirilən səkkizinci turda hər iki şahmatçımız rusiyalı rəqiblərlə görüşmüşdür. Rəcəbov Yevgeni Tomaşevski, Məmmədyarov isə Karyakinlə qarşılaşmışlar.

Bu gün turnirdə istirahət günüdür. On bir turdan ibarət “Qran-Pri”yə oktyabrın 14-də yekun vurulacaqdır.

Bu arada Hindistanda keçirilən 20 yaşlı gənclər arasında dünya çempionatında da turlar bir-birini əvəz etməkdədir. Oğlanların turnirində ölkəmiz iki, qızların yarışında isə bir iştirakçı ilə təmsil olunur.

Qızların çempionatında Səbinə İbrahimova 4 mümkün xaldan 3 xal toplamış və liderdən yarım xal geri qalır. Oğlanların turnirində isə Ülvi Bacarani və Nicat Abbasov hərəyə 2,5 xal qazanmışlar.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında