Avropa çempionu Həsən Əliyev dünya çempionu da olmağı bacardı

Bu ilin aprel ayında Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən Avropa çempionatında özünü və bütün Azərbaycanı qızıl medalla sevindirmiş yunan-Roma üsulu ilə güləşən Həsən Əliyev 7 sentyabr axşamından həm də dünya çempionu adı daşımağa başlamışdır.
İstedadlı güləşçimiz bu adı qazanmaq, Moskvada davam edən dünya çempionatında fəxri kürsünün birinci pilləsinə yüksəlmək üçün 60 kq çəki dərəcəsində sınağa çəkdiyi bütün beş rəqibinin öhdəsindən məharətlə gəlmişdir. Həmvətənimizin yüksək ustalığı, inamla yerinə yetirdiyi fəndlər ilkin mərhələlərdə Xorvatiya, Bolqarıstan və Qırğızıstan idmançılarını, yarımfinalda Qazaxıstan güləşçisini, finalda isə yaponiyalı Ryutaro Matsumotonu məğlubiyyətlə barışmağa məcbur etmişdir.
Böyük və layiqli qələbədir! Vitali Rəhimovun (66 kq) bürünc medalından sonra Azərbaycanın yunan-Roma üsulu ilə güləşənləri Moskva xalçası üzərində daha bir mükafat qazanmışlar. Bu dəfə təmsilçimizə ən qiymətli medal təqdim olunmuşdur.
"Klassiklərin" dünya çempionatında sonuncu iştirakçımız Rafiq Hüseynov (74 kq) mübarizəyə dünən qoşulmuşdur. Dünən həm də qadın güləşçilərin dünya çempionatına start verilmişdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında