Bakı “Qran-Pri”sində yolun yarısı keçildi

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) 2014-2015-ci illər üçün “Qran-Pri” yarışları seriyasından birinci turnir olan Bakı mərhələsində yolun yarısı arxada qalmışdır.

On iki qrossmeysterin mübarizə apardığı və mükafat fondu 120 min avro olan (qalib 20 min avro qazanacaq) turnirdə bir günlük istirahətdən sonra keçirilən beşinci turda bütün görüşlər “dinc” nəticə ilə başa çatmışdır. Bu turda Teymur Rəcəbov Fabiano Karuana (İtaliya) ilə, Şəhriyar Məmmədyarov Aleksandr Qrişukla (Rusiya), Sergey Karyakin (Rusiya) Rüstəm Qasımcanovla (Özbəkistan), Boris Gelfand (İsrail) Yevgeni Tomaşevski (Rusiya) ilə, Hikaru Nakamura (ABŞ) Lenyer Domingeslə (Kuba) və Pyotr Svidler Dmitri Andreykinlə (hər ikisi Rusiya), heç-heçəyə razılaşmışlar.

İlk beş turda ən yaxşı nəticəni hərəyə 3,5 xal toplayan Karuana və Gelfand göstərmişlər. Təəssüf ki, bu turlarda azərbaycanlı qrossmeysterlər qələbələrinin hesabını aça bilməmişlər. Rəcəbov bütün beş görüşdə heç-heçə oynayaraq əllifaizli nəticə göstərmiş (2,5 xal), Məmmədyarov isə 1,5 xal qazanmışdır (üç heç-heçə, iki məğlubiyyət).

Dünən keçirilən altıncı turda Rəcəbov Qrişuka qalib gələrək xal ehtiyatını 3,5-ə çatdırmış, Məmmədyarov isə Domingeslə heç-heçə oynamışdır.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında