Milli Olimpiya Komitəsi qalibləri mükafatlandırdı

Dünən Azərbaycan Milli Olimpiya Komitəsinin inzibati binasında MOK-un İcraiyyə Komitəsinin növbəti iclası keçirildi. Əvvəlcə iclasa toplaşanlar Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Azərbaycanın Əməkdar bədən tərbiyəsi və idman xadimi Ələkbər Məmmədovun xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Sonra iclasda MOK-un Anti-dopinq Komissiyasının yaradılması, “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlığın gedişi, Avropa Olimpiya Komitəsinin 2014-cü il Baş Assambleyasının Bakıda təşkili haqqında məsələlər müzakirə olunmuşdur.

Daha sonra Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin genişləndirilmiş iclasında MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Çin Xalq Respublikasının Nankin şəhərində keçirilmiş Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında böyük müvəffəqiyyətlə çıxış edərək 12 medal-5 qızıl, 6 gümüş və 1 bürünc mükafat qazanıb, 204 iştirakçı ölkə arasında 10-cu yeri tutmuş yığma komandamızın uğurlarından söz açdı, onların vətənə qayıtdıqdan dərhal sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunduğu, uğurlarının yüksək qiymətləndirildiyi və mükafatlara layiq görüldüyünü xatırladaraq bildirdi ki, cənab Prezidentin tapşırığı ilə Oyunlarda fərqlənənlər Milli Olimpiya Komitəsi tərəfindən də mükafatlandırılırlar. Bundan sonra Olimpiadada ölkəmizin şərəfini layiqincə qorumuş idmançılara mükafatlar təqdim olundu.

Sonra Ç.Hüseynzadə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin sərəncamı ilə MOK-un vitse-prezidenti Azad Rəhimovun Olimpiya Hərəkatı və idmanın inkişafında xüsusi xidmətlərinə görə “Olimpiya Ordeni” ilə təltif olunduğunu diqqətə çatdırıb iclas iştirakçılarının alqışları altında yüksək mükafatı Azad müəllimə təqdim etdi.

A.Rəhimov da öz növbəsində əməyinin belə yüksək qiymətləndirilməsinə görə MOK prezidentinə dərin minnətdarlığını bildirib, bu ordenin idmançıların mükafatı olduğunu dedi və toplaşanları əmin etdi ki, Azərbaycanda Olimpiya Hərəkatının, ölkə idmanının yeni-yeni uğurları naminə bundan sonra da qüvvə və bacarığını əsirgəməyəcək.

 

Oqtay BAYRAMOV,

Rafiq SALMANOV (foto),

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında