İstirahətə iki qələbə ilə

Azərbaycanın qadınlardan ibarət milli komandasının voleybolçuları İtaliyada keçirilən dünya çempionatının ikinci mərhələsinə vəsiqə qazanmaq məqsədinə çox yaxındırlar.

“D” qrupunda çıxış edən komandamızın üçüncü turda Puerto-Riko kollektivi ilə gərgin oyunda 3:2 hesabı ilə çətin qələbə qazandığı günün axşamı bu qrupda keçirilmiş digər görüşdə Çin voleybolçuları Belçika komandasını, yaponlar isə kubalı rəqiblərini məğlubiyyətə uğratmışlar. Hər iki matçda 3:0 hesabı qeydə alınmışdır.

Bu turdan sonra çempionat iştirakçıları birgünlük istirahətə çıxmışlar. Qrup mərhələsinin finişinə iki tur qalmış Çin komandası yüzfaizli nəticə ilə liderdir – 9 xal. Yaponiya, Azərbaycan və Puerto-Rikonun hərəyə 4 xalı var. Onlar hissələrin fərqinə görə turnir cədvəlində ikinci-dördüncü yerləri elə bu ardıcıllıqla bölüşürlər. Beşinci pillədə olan belçikalılar 3 xal toplamışlar, kubalılar isə hər üç oyunda uduzmuşlar.

Dördüncü turun görüşlərinə bu gün start veriləcəkdir. Fasiləyə iki qələbə və yaxşı əhval-ruhiyyə ilə çıxan Azərbaycan voleybolçuları bu turda Belçika komandasına qarşı oynayacaqlar. Sabah, qrup mərhələsinin finişində isə rəqibimiz Kuba kollektivi olacaq. İkinci mərhələdə mübarizəni davam etdirmək vəzifəsini yerinə yetirmək üçün yığmamıza bu iki görüşdən birində qələbə yəqin ki, kifayət edəcək.

Xatırladaq ki, hərəsinə altı komandanın daxil olduğu dörd qrupun hər birində ilk dörd yeri tutan kollektivlər ikinci mərhələdə yollarına davam edəcəklər. Bu mərhələnin oyunları oktyabrın 1-dən 5-dək keçiriləcəkdir.

 

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında