Azərbaycan-Puerto-Riko-3:2

Azərbaycanın qadınlardan ibarət milli komandasının voleybolçuları İtaliyada keçirilən dünya çempionatında yaponiyalı rəqibləri üzərində qələbədən və Çin kollektivi ilə görüşdə məğlubiyyətdən sonra qrup mərhələsinin üçüncü turunda Puerto-Riko yığması ilə qarşılaşmışlar. Oyun 3:2 hesabı ilə komandamızın xeyrinə başa çatmışdır.

Üçüncü tura dünən axşam Kuba-Yaponiya və Belçika-Çin görüşləri ilə yekun vurulmuşdur.

Üç turdan sonra hesabında 4 xal olan Azərbaycan komandası qrupda ilk dörd yerdən birini tutub ikinci mərhələyə vəsiqə qazanmaq üçün yaxşı imkana malikdir. Voleybolçularımız növbəti, dördüncü görüşü sabah Belçika komandasına qarşı keçiriəcək, sentyabr 28-də isə kubalılara qalib gəlməyə çalışacaqlar. Bu oyunlar da Bakı vaxtı ilə saat 13.30-da başlanacaq.

 

Oqtay BAYRAMOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında