Saray internat evinin sakini Belçikadan qızıl medalla qayıdıb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saray 7 saylı internat evinin sakini Tağıyev Həbib Vəli oğlu Belçikanın Antverpen şəhərində keçirilən növbəti “Avropa Xüsusi Yay Olimpiya Oyunları – 2014” yarışlarında qızıl və gümüş medallara sahib olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, əqli cəhətdən qüsurlu idmançılar arasında keçirilən bu beynəlxalq səviyyəli mötəbər idman tədbirində dünyanın 58 ölkəsindən 2000 nəfər idmançı iştirak etmişdir. Yarışlar zamanı Həbib Tağıyev xüsusi bacarıqlı idmançı kimi diqqəti cəlb etmişdir. O, stolüstü tennis üzrə şəxsi yarışları gümüş, qarışıq yarışları isə qızıl medalla başa vurub. Bu, onun üçün böyük qələbə olsa da, ilk uğur deyil. H.Tağıyev uzun müddətdir ki, idman sahəsində özünü sınayır və indiyədək bir çox yarışlarda mükafatlar əldə etmişdir.

Qeyd edək ki, “Avropa Xüsusi Yay Olimpiya Oyunları – 2014” adlanan yazışmasında iştirak edən, 27 idmançıdan ibarət Azərbaycan komandası üçün bu oyunlar uğurlu olmuşdur. Belə ki, Azərbaycan idmançıları bu yarışlarda atletika, badminton, basketbol, cüdo, stolüstü tennis, üzgüçülük növlərində uğurlu nəticələr nümayiş etdirərək, 8 qızıl, 8 gümüş, 4 bürünc medal qazanmışlar.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında