“Baku Open 2014” – iki turdan sonra doqquz lider

Novxanı qəsəbəsində keçirilən bu ənənəvi beynəlxalq şahmat turniri Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 23-cü ildönümünə həsr olunmuşdur. Onun mükafatları uğrunda bir çox ölkənin 70 təmsilçisi, o cümlədən 28 qrossmeyster mübarizə aparır.

 İki turdan sonra doqquz iştirakçı, Azərbaycan şahmatçıları Namiq Quliyev, Nicat Məmmədov, Misrəddin İsgəndərov, rusiyalı Vladislav Artemyev, ukraynalılar Aleksandr Areşenko, Andrey Barişpolets, Oleq Romanişin, Ven Yan (Çin) və Aleksandr Donçenko (Almaniya) irəli çıxmışlar. Liderlər startda yüzfaizli nəticə göstərərək hərəyə 2 xal toplamışlar.

 İsveçrə sistemi üzrə keçirilib 9 turdan ibarət olan yarışın qalib və mükafatçıları sentyabrın 30-da müəyyənləşəcək. Dünən rəqiblər üçüncü turun görüşlərində qarşılaşmışlar.

 

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında