Rəhimov Adikyana qalib gəlib bürünc medal qazandı

Moskvanın "Olimpiyski" İdman Kompleksində keçirilən güləş üzrə dünya çempionatı "klassiklərin" yarışı ilə başlanmışdır. Turnirin birinci günü Azərbaycanın üç təmsilçisi mübarizəyə qoşulmuş və onlardan biri Vitali Rəhimov (66 kq) dünya çempionatında ölkəmizə ilk medal qazandırmışdır.
Pekin Olimpiadası - 2008-in gümüş mükafatçısı Rəhimov Rusiya paytaxtında dörd rəqibinə, o cümlədən erməni Arman Adikyana qalib gəlmişdir. Bu görüşün ilk iki hissəsindən sonra hesab bərabər olsa da, üçüncü hissədə Vitali rəqibinə heç bir ümid yeri qoymayaraq onu 5:0 hesabı ilə məğlubiyyətə uğratmışdır. Güləşçimiz bürünc medal uğrunda həlledici görüşdə isə macarıstanlı Tamaş Lorinş üzərində qələbə qazanmış və fəxri kürsüdə təbrikləri qəbul etmişdir.
Xüsusi qeyd edək ki, Vitali Rəhimovun müvəffəqiyyəti həm də yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının yeni baş məşqçisi, Afina Olimpiadasının çempionu Fərid Mansurovun rəhbərliyi altında dünya çempionatında qazanmış ilk medaldır.
Təəssüf ki, çempionatın birinci günü digər iki güləşçimiz Elçin Əliyev (55 kq) və Səbuhi Hümbətov (96 kq) fəxri kürsüdən kənarda qalmışlar.
Dünən isə daha üç təmsilçimiz Həsən Əliyev (60 kq), Saman Təhmasib (84 kq) və Zaur Mehrəliyev (120 kq) xalça üzərinə dəvət olunmuşlar.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında