Bakı “Avro-2020”nin oyunlarına ev sahibliyi hüququ qazanıb

Sentyabrın 19-da Cenevrə şəhərindəki “Espace Hippomene” Sərgi Mərkəzində UEFA-nın İcraiyyə Komitəsi futbol üzrə “Avro-2020”nin final mərhələsinin oyunlarını qəbul edəcək 13 şəhərin adını açıqlayıb.

AzərTAc xəbər verir ki, əvvəlcə Avropa çempionatları tarixindən bəhs edən videoçarx nümayiş olunub.

Sonra UEFA-nın baş katibi Canni İnfantino “Avro-2020”nin final mərhələsinin oyunları və səsvermə prosesi haqqında məlumat verib. Qeyd edib ki, “Avro-2020”nin oyunları 13 paketə bölünüb - qrup mərhələsinin 3, play-off  (1/8 və 1/4 final) mərhələsinin isə 1 oyununun daxil olunduğu 12 standart paket və yarımfinal qarşılaşmalarının və final matçının daxil olunduğu 1 paket.

Namizəd 19 şəhər haqqında videoçarx nümayiş etdirildikdən sonra ilk olaraq çempionatın yarımfinal və final mərhələlərinin oyunlarını qəbul edəcək şəhər elan olunub. UEFA-nın prezidenti Mişel Platini çempionatın həlledici mərhələsinin Londonda keçiriləcəyini elan edib.

Sonra çempionatın qrup və play-off mərhələsinin oyunlarına ev sahibliyi etmək üçün ardıcıl olaraq Münhen (Almaniya), Bakı, Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan), Brüssel (Belçika) və Qlazqo (Şotlandiya) şəhərlərinin adları zərflərdən çıxıb.

Beləliklə, 2020-ci ildə təşkil olunacaq Avropa çempionatının final mərhələsinin 4 oyunu UEFA-nın İcraiyyə Komitəsinin qərarına əsasən, Bakıda keçiriləcək. Bunlardan biri 1/4 final mərhələsinin, digər 3-ü isə qrup mərhələsinin oyunları olacaq.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında