Azərbaycan “İdman yarışlarının manipulyasiyasına dair Avropa Konvensiyası”nı imzalayan ilk ölkə oldu

Sentyabrın 17-də İsveçrənin Makolin şəhərində işə başlayan Avropa Şurasına üzv dövlətlərin idman nazirlərinin 13-cü konfransı yekunlaşıb. Azərbaycanı bu konfransda gənclər və idman naziri Azad Rəhimov təmsil edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, konfrans Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə oktyabrın 31-dək davam edəcək sədrliyi müddətində keçirildiyindən A.Rəhimov tədbirin açılış sessiyasında qurumun sədri qismində çıxış edib.

Nazir ölkəmizin bir sıra mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyindən və 2015-ci ildə ilk dəfə olaraq Bakıda keçiriləcək Avropa oyunlarında tamaşaçı zorakılığının qarşısının alınması ilə bağlı görülən işlərdən danışıb, idmanda korrupsiya hallarının qarşısının alınmasının vacibliyini qeyd edib və Azərbaycanın daim bu sahədə Avropa Şurası ilə əməkdaşlığını diqqətə çatdırıb.

Konfransda “İdmanın idarə olunmasında korrupsiya”, “Avropa Şurası ilə Avropa İttifaqı arasında əməkdaşlıq”, “2015-ci il Dünya Antidopinq Kodeksinin həyata keçirilməsində hökumətlərin rolu”, “Tamaşaçı zorakılığına dair 1985-ci il Avropa Konvensiyasının icmalı” adlı qətnamələr qəbul olunub. 

Tədbirdə, həmçinin “İdman yarışlarının manipulyasiyasına dair Avropa Konvensiya”sı imzalanmağa açıq elan edilib. Azərbaycan konfransda iştirak edən ölkələr arasında konvensiyanı imzalayan ilk ölkə olub. İmzalanma mərasimində Avropa Şurasının baş katibi Torbörn Yaqland da iştirak edib.

 

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında