“SOCAR Azərbaycan” çempiona qalib gəlib vahid lider oldu

İspaniyanın Bilbao şəhərində keçirilən şahmat üzrə klublararası Avropa kuboku yarışlarının dördüncü turunda hər iki komandamız eyni hesabla (4:2) qələbənin sevincini yaşamışdır. “SOCAR Azərbaycan” ötənilki çempion Çexiyanın “Novı Bor” klubunu məğlubiyyətə uğradaraq turnir cədvəlində vahid lider mövqeyinə yüksəlmiş, “Odlar Yurdu” da öz növbəsində İspaniyanın “Qros Xake Taldea” komandasına qalib gəlmişdir.

“SOCAR Azərbaycan” -“Novı Bor”matçında komandamızın üç üzvü Veselin Topalov David Navaraya, Aniş Giri Viktor Lazniçkaya, Teymur Rəcəbov Krişnan Saşikirana qalib gəlmişlər. Şəhriyar Məmmədyarov Radoslav Voytaşeklə, Maykl Adams Pentala Harikrişna ilə heç-heçəyə razılaşmışlar, təkcə Van Hao Mateyş Bartelə uduzmuşdur. Məşhur chesspro.ru saytı turun şərhində Teymurun müvəffəqiyyətini xüsusi qeyd etmişdir: “Rəcəbovun Saşikiran üzərində qələbəsi daha güclü təsir bağışladı”.

Hesabat turunda “Odlar Yurdu” isə İspaniya klubunu Emil Sutovski, Vasif Durarbəyli, Rauf Məmmədov, Ülvi Bacarani, Nicat Abbasov və Nicat Məmmədovdan ibarət heyətlə məğlubiyyətə uğratmışdır.

Finişə üç tur qalmış turnir cədvəlinə tək-tənha başçılıq edən “SOCAR Azərbaycan”ın 8 xalı vardır. İki-beşinci yerləri bölüşdürən “Malaxit” (Rusiya), “Obiettivo Riçapcimento” (İtaliya), “Ladya” (Rusiya) və “Odlar Yurdu” hərəyə 7 xal toplamışlar.

 

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında