Braziliyalılar Olimpiada-2016-ya biletlərin qiymətini müəyyənləşdiriblər

Rio-de-Janeyro Olimpiadasının Təşkilat Komitəsi 2016-cı il avqustun 5-dən 21-dək keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına biletlərin qiymətini açıqlayıb. Təşkilatçıların fikrincə, ən çox tələb açılış mərasiminin biletlərinə olacaq. Bu biletlər 4,6 min real (2 min dollar ) qiymətinə satılacaq.

Bu barədə lenta.ru-nun yaydığı xəbərdə daha sonra bildirilir ki, bütün olimpiya növləri üzrə yarışlarda ümumilikdə 7,5 milyon bilet satışa çıxarılacaq. Ən ucuz biletlər 40 real (təxminən 17,4 dollar) qiymətinə olacaq. Söhbət, məsələn, otüstü xokkey kimi idman növləri üzrə seçmə mərhələ yarışlarının biletlərindən gedir. Hələlik, tələbələr və ya pensiyaçılar üçün hər hansı bir güzəşt nəzərdə tutulmayıb.

Biletlər satışa 2015-ci ilin birinci rübündə çıxarılacaq. Onların paylanması xüsusi internet saytı vasitəsilə həyata keçiriləcək. Olimpiada-2016 yarışlarını öz gözləri ilə görmək istəyənlər bu və ya digər turnirə bilet xahiş etmək üçün həmin saytda qeydiyyatdan keçəcəklər. Əgər hər hansı bir yarışa sifarişlərin sayı tribunalardakı yerlərin sayından artıq olarsa, püşk atılacaq.

2016-cı ilin yanvar ayına qədər alınmayan olimpiya biletləri həmin aydan internetdə sərbəst satışa çıxarılacaq.

 

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında