“SOCAR Azərbaycan”: üç matçda üç qələbə

Ölkəmizin bu komandası İspaniyanın Bilbao şəhərində keçirilən klublararası şahmat üzrə Avropa kuboku yarışında ardıcıl üçüncü qələbəsini qazanmışdır. İlk iki turda “Vikinq”i (İsveç) 5,5:0,5, Moskvanın yığma komandasını 5:1 hesabı ilə məğlubiyyətə uğradan təmsilçimiz üçüncü matçda “Oslo”ya (Norveç) qalib gəlmişdir-4,5:1,5.

“SOCAR Azərbaycan” moskvalılarla görüşdə Şəhriyar Məmmədyarov, Veselin Topalov (Bolqarıstan), Aniş Giri (Hollandiya), Van Hao (Çin), Anton Korobov (Ukrayna) və Eltac Səfərlidən ibarət heyətlə oynamışdır.

Kubok turnirindəki digər klubumuz “Odlar Yurdu” isə startda “Qambit” (Makedoniya) və “Eynaten” (Belçika) üzərində müvafiq surətdə 5,5:0,5 və 4,5:1,5 hesabı ilə qələbələrdən sonra “Solingen” (Almaniya) ilə görüşdən heç-heçə ilə ayrılmışdır-3:3. Bu matçda “Odlar Yurdu” Emil Sutovski, Vasif Durarbəyli, Rauf Məmmədov, Ülvi Bacarani, Qədir Hüseynov və Vüqar Rəsulovdan ibarət heyətlə çıxış etmişdir.

Otuz ölkənin 52 komandasının mübarizə apardığı turnirdə üç turdan sonra yalnız iki klub “SOCAR Azərbaycan” və “Novı Bor” (Çexiya) itkiyə məruz qalmayaraq, hərəyə 6 xal toplamışlar. Yeddi komanda, o cümlədən “Odlar Yurdu” liderlərdən bir xal geri qalır. Dünən Bakı vaxtı ilə saat 18-də başlanan dördüncü turda “SOCAR Azərbaycan” Çexiya təmsilçisi ilə görüşmüş, “Odlar Yurdu” isə İspaniyanın “Qros Xake Taldea” komandasına qarşı oynamışdır.

 

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında