Azərbaycan güləşçisi dünya çempionatında erməni rəqibinə cəmi 23 saniyə ərzində qalib gəldi

Ölkəmiz bu parlaq qələbənin sevincini Özbəkistan paytaxtında dünya çempionatının sonuncu günü yaşadı. Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının üzvü Rəsul Çunayev 71 kq çəki dərəcəsində üçüncü yer uğrunda görüşdə erməni Varşam Boranyana aman verməyib cəmi 23 saniyə ərzində onu tam üstünlüklə məğlubiyyətə uğradaraq (11:0) özünün mükafatlar kolleksiyasını dünya çempionatının bürünc medalı ilə bir qədər də zənginləşdirdi.

Azərbaycan əsgəri kimi rəqibə qalib gəlməyi özünə borc bilib prinsipial görüşdən möhtəşəm qələbə ilə ayrılan Rəsulun bu uğuru “klassiklərimizin” Daşkənd xalçası üzərində üçüncü müvəffəqiyyəti idi. Ondan əvvəl Çunayevin komanda yoldaşları Saman Təhmasibi (85 kq) gümüş, Elvin Mürsəliyev (75 kq) bürünc medal qazanmışdılar.

Ümumilikdə Azərbyacan idmançıları dünya çempionatında yeddi dəfə fəxri kürsüdə təbrikləri qəbul etmişlər. Xatırladaq ki, sərbəst üsulla güləşənlərin yarışında Hacı Əliyev (61 kq) qızıl, Xetaq Qazyumov (97 kq) gümüş mükafatlara sahib olmuşlar, qadınların turnirində Yuliya Ratkeviç (60 kq) gümüş, Mariya Stadnik (48 kq) bürünc medal qazanmışlar.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında