“SOCAR Azərbaycan” və “Odlar Yurdu” Bilbaoda

İspaniyanın Bilbao şəhərində klublararası Avropa kuboku yarışlarına start verilmişdir. Qitənin ən güclü klubu adı uğrunda mübarizədə ölkəmiz ötənilki kimi iki komanda ilə təmsil olunur.

Sentyabrın 20-dək davam edəcək turnirdə  “SOCAR Azərbaycan”ın şərəfini Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli ilə yanaşı, Aniş Giri (Hollandiya), Veselin Topalov (Bolqarıstan), Anton Korobov (Ukrayna), Van Hao (Çin) və Maykl Adams (İngiltərə) qoruyurlar.

“Odlar Yurdu” isə bütünlüklə Azərbaycan şahmat məktəbinin yetirmələrindən ibarətdir: Rauf Məmmədov, Qədir Hüseynov, Nicat Məmmədov, Vasif Durarbəyli, Vüqar Rəsulov, Nicat Abbasov, Ülvi Bacarani və keçmiş bakılı, hazırda İsraildə yaşayan Emil Sutovski.

Yarış İsveçrə sistemi üzrə keçirilir və yeddi turdan ibarətdir. Hər komandaya səkkiz şahmatçı daxildir (altı əsas və iki ehtiyat oyunçu). Klublarımız turnirə qələbə ilə başlamışlar. “SOCAR Azərbaycan” startda İsveçin “ Vikinq” komandasını, “Odlar Yurdu” isə “Qambit”i (Makedoniya) məğlubiyyətə uğratmışlar. Hər iki  matçda 5,5 : 0,5 hesabı qeydə alınmışdır.

Dünən axşam keçirilən ikinci turda SOCAR Moskvanın yığma komandası ilə görüşmüş, “Odlar Yurdu” isə “Eynaten” (Belçika) ilə qarşılaşmışdır.

 

Oqtay  BAYRAMOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında