Azərbaycan Almaniyaya qarşı

Azərbaycan milli komandası bu gün futbol üzrə Avropa çempionatı - 2012-nin seçmə yarışları çərçivəsində ilk oyununu keçirəcəkdir. Yığmamızı Kölndə Almaniya komandasına qarşı görüşdə ağır sınaq gözləyir. Onun bu sınaqdan neçə çıxacağını, dünyanın ən güclü komandalarından birinə nə dərəcədə layiqli müqavimət göstərəcəyini saat 23.45-dən telekanallarımız qarşısında biz də qiymətləndirə biləcəyik.
Əgər Kölndə görüş Berti Foqtsun yetirmələri üçün indiki turnirdə ilk oyundursa, onun həmvətəni Yoahim Lövun komandası artıq ilk qələbəsinə sevinmişdir. Almanlar sentyabrın 3-də Brüsseldə Belçika yığması üzərində çətin qələbədən (1:0) sonra bu axşam həmyerlilərimizlə görüşdə meydançaya əla əhval-ruhiyyə ilə çıxacaqlar.
Bu komandaların EURO-2012-nin final mərhələsinə vəsiqə uğrunda mübarizə apardığı "A" qrupunda böyük hesabla ilk qələbəni Türkiyə yığması qazanmışdır. Qardaş ölkə futbolçuları Astanada Qazaxıstan kollektivini Arda Turan, Həmit Altıntop və Nihat Kahveçinin üç cavabsız qolu ilə məğlubiyyətə uğratmışlar - 3:0. Belə böyük üstünlük məşhur hollandiyalı mütəxəssis Quus Hiddinkin başçılıq etdiyi Türkiyə komandasına start turundan sonra topların daha yaxşı fərqinə görə "A" qrupunun lideri olmaq imkanı vermişdir.
Bu gün Almaniya-Azərbaycan görüşü ilə yanaşı qrupumuzda keçiriləcək digər iki oyunda Türkiyə futbolçuları Belçika komandasını sınağa çəkəcəklər, avstriyalılar isə Vyanada qazaxıstanlı rəqiblərini qəbul edəcəklər.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında