FİDE-nin “Qran-Pri” yarışlarına Bakıda start veriləcək

 Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2014-2015-ci illər üçün “Qran-Pri” yarışları seriyası iştirakçılarının siyahısını elan etmişdir. Dörd mərhələdən ibarət yarışın birinci mərhələsi oktyabrın 1-dən 15-dək Azərbaycan paytaxtında keçiriləcəkdir.

Bakı turnirinin mükafatları uğrunda 12 iştirakçı, azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Fabiano Karuana (İtaliya), rusiyalılar Aleksandr Qrişuk, Sergey Karyakin, Pyotr Svidler, Dmitri Andreykin, Yevgeni Tomaşevski, ABŞ təmsilçisi Hikary Nakamura, kubalı Leniyer Dominges, Boris Gelfand (İsrail) və Rüstəm Qasımcanov (Özbəkistan) mübarizə aparacaqlar. Bir dövrədən ibarət olub dairəvi sistem üzrə keçiriləcək turnirdə rəqiblər hərəyə 11 görüş oynayacaqlar.

Qalan üç turnir bu il Daşkənddə (20 oktyabr -3 noyabr), gələn il isə Tehranda və Rusiyanın Xantı-Mansiysk şəhərində təşkil olunacaq. “Qran-Pri” yarışlarında cəmi 16 qrossmeyster iştirak edəcək. Onların hərəsi üç turnirdə oynaya bilər. Məmmədyarov və Rəcəbov paytaxtımızla yanaşı, Daşkənd və Tehran turnirlərində çıxış edəcəklər.

FİDE-nin saytında yerləşdirilmiş siyahıda yuxarıda sadaladığımız 12 şahmatçı ilə yanaşı, “Qran-Pri” turnirlərində həmçinin fransız Maksim Vaşye-Laqrav, hollandiyalı Aniş Giri, rusiyalı Dmitri Yakovenko  və iranlı Ehsan Qaem Maqaminin mübarizə aparacaqları bildirilir.

İddiaçıların dünya birinciliyi uğrunda növbəti turnirinə seçmə xarakteri daşıyan “Qran-Pri”-nin ən yaxşı iştirakçıları onların üç mərhələdə nəticələrinin ümumi yekununa görə müəyyənləşdiriləcək.

 

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında