Dünya çempionatında daha iki medal

Azərbaycan güləşçiləri Daşkənddə keçirilən dünya çempionatında daha iki medal qazanmışlar. Bu dəfə qadın təmsilçilərimiz fərqlənmişlər. Yuliya Ratkeviç (60 kq) gümüş, Mariya Stadnik (48 kq) isə bürünc mükafatçı olmuşlar.

Keçmiş dünya və Avropa çempionu, London Olimpiadasının bürünc medalının sahibi Ratkeviç İsveç, Kanada və Bolqarıstan güləşçiləri ilə görüşlərdən qalib ayrılmış, amma finalda monqolustanlı rəqibinin müqavimətini qıra bilməyərək gümüş mükafatla kifayətlənmişdir.

Daha bir keçmiş dünya çempionumuz, Avropa birinciliklərinin dördqat qalibi, son iki Olimpiya oyunlarının bürünc mükafatçısı Stadnikin çempionatı yalnız üçüncü yerdə başa vurması isə bir qədər gözlənilməz olmuşdur. Mariya Böyük Britaniya, Çin, Argentina nümayəndələri üzərində tam üstünlüklə qələbələrdən sonra London Olimpiadasında qalib gəldiyi Polşa idmançısı İvona Matkovska ilə yarımfinal görüşündə “büdrəmiş”, bürünc medal uğrunda mübarizədə isə rumıniyalı rəqibinə heç bir ümid yeri qoymamışdır.

Qadın güləşçilərimizin bu uğurlarından sonra Azərbaycan komadasının Özbəkistan paytaxtında qazandığı medalların sayı dördə çatmışdır. Xatırladaq ki, sərbəst üsulla güləşçilərin yarışında Hacı Əliyev (61 kq) dünya çempionu olmuş, Xetaq Qazyumov (97 kq) isə gümüş mükafat qazanmışdır.

Dünən növbəti çəki dərəcələrində görüşlərlə qadın güləşçilərin dünya çempionatı davam etdirilmişdir.

 

Oqtay BAYRAMOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında