Azərbaycanlı Avropa çempionu dünyada da birinci oldu

 Azərbaycanın sərbəst üsulla güləşənləri Daşkənddə dünya çempionatında çıxışlarını bir qızıl və bir gümüş medalla başa vurmuşlar. Avropa çempionu Hacı Əliyev 61 kq çəki dərəcəsində dünyada da ən güclü olduğunu inamla sübuta yetirmiş, üçqat Avropa çempionu və 2010-cu il dünya çempionatının qalibi Xetaq Qazyumov (97 kq) isə yalnız finalda uduzaraq gümüş mükafatçı olmuşdur.

Hacı Əliyev fəxri kürsünün ən yüksək pilləsinə aparan yolda ukraynalı Vasili Şuptar, polyak Kriştof Byenkovski və Moldova təmsilçisi Andrey Perpelita üzərində qələbələrdən sonra yarımfinalda Kubalı Yovlis Rodrigesi, həlledici final görüşündə iranlı Məsud Mahmudu məğlubiyyətə uğratmışdır. Başlıcası isə dünya çempionumuz bütün görüşlərdə hərtərəfli hazırlıq səviyyəsi nümayiş etdirərək xalçanı inamlı qələbələrlə tərk etmişdir.

Pekin və London olimpiadalarının bürünc mükafatçısı Xetaq Qazyumov ilk üç görüşdə Nikolay Çeban (Moldova), Elizbar Odikadze (Gürcüstan) və Monqolustan güləşçisinə qalib gəlmiş, yarımfinalda İngiltərə paytaxtında XXX Yay Olimpiya Oyunlarında uduzduğu ukraynalı Vladimir Andreytsevdən həmin uğursuzluğun əvəzini çıxmış və yalnız gərgin final görüşündə rusiyalı Abdusalat Qadisova kiçik fərqlə uduzmuşdur (1:2).

“Sərbəstlərin” çempionatında medallar bölüşdürüldükdən sonra dünən qadın güləşçilərin turnirinə start verilmişdir. Azərbaycan komandasından birinci olaraq yarış meydanına Mariya Stadnik (48 kq), Yuliya Ratkeviç (60 kq) və Nadya Sementsova (69 kq) dəvət olunmuşlar.

 

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında