Azərbaycan idmançıları Qırğız Respublikasında “Köçərilərin I Ümumdünya Oyunları”nda iştirak edirlər

Sentyabrın 9-da Qırğız Respublikasının Çolpon-ata şəhərində “Köçərilərin I Ümumdünya Oyunları”nın açılış mərasimi keçirilmişdir. Açılış mərasimindən əvvəl Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin adından Ümumdünya Oyunlarında iştirak edən ölkələrin nümayəndə heyətlərininin şərəfinə rəsmi ziyafət təşkil olunmuşdur.

Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli ziyafətdə iştirak etmişlər. Türkiyə, Qazaxıstan, Qırğızıstan, Rusiya, ABŞ, Əfqanıstan, Avstriya, Monqolustan, Almaniya, İsveç və digər ölkələrin qatıldığı bu möhtəşəm etno-idman və turizm tədbirində ölkəmizi 30-dan çox idmançı təmsil edir.

Qırğız Respublikasının təbiət incisi olan İsikul gölünün sahilində on minlərlə tamaşaçının iştirakı ilə keçirilən açılış mərasimində Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev çıxış edərək tədbir iştirakçılarını salamlamış, yarışların tarixi əhəmiyyətindən danışmışdır. O, qloballaşan dünyada xalqların bir-birinə daha da yaxınlaşması üçün idman yarışlarının bu formatının əhəmiyyətini xüsusi diqqətə çəkmiş, belə tədbirlərin hər il keçirilməsi zəruriliyini vurğulamışdır.

Prezident A.Atambayev “Köçərilərin I Ümumdünya Oyunları”nın keçirilməsi təşəbbüsünə böyük dəstək verdiklərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Türkiyə və Qazaxıstan prezidentlərinə xüsusi təşəkkürünü bildirmişdir. Açılış mərasimində iştirakçı ölkələrin idmançıları təntənəli marş sədaları altında tribunanın önündən keçmişlər. Milli komandaların yarışları sentyabın 15-dək davam edəcəkdir.

 

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.

Şəkillərə iri formatda baxmaq üçün üzərində klikləyin



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında