Kimi sevinir, kimi də...

Sentyabrın 8-də futbol üzrə 2016-cı il Avropa çempionatının seçmə yarışlarında daha doqquz oyun olmuşdur. Bu görüşlərdən ikisində hakimlər böyük hesab qeydə almışlar: İspaniya-Makedoniya-5:1, Rusiya-Lixtenşteyn-4:0.

Öz pərəstişkarları qarşısında oynayan komandalardan daha ikisi seçmə sınaqlarına qələbə ilə başlamışdır. Çernoqoriya futbolçuları moldovalı rəqiblərinə iki cavabsız qolla qalib gəlmişlər (2:0), estonların Sloveniya kollektivi üzərində qələbəsini isə yeganə qol təmin etmişdir (1:0).

Üç görüşdə “doğma divarlar” meydan sahiblərinə kömək etməmişdir. Ukrayna komandası Slovakiyaya uduzmuş -0:1, San-Marino yığması Litvaya, İsveçrə  futbolçuları İngiltərəyə 0:2 hesabı ilə məğlub olmuşlar.

İki oyun “dinc” nəticə ilə başa çatmış və tərəflər hərəyə 1 xalla kifayətlənmişlər: Avstriya-İsveç-1:1, Lüksemburq-Belarus-1:1.

Qitə birinciliyi seçmə yarışlarının birinci turuna dünən keçirilmiş və Bakı vaxtı ilə gecəyarısı başa çatmış növbəti səkkiz oyunla yekun vurulmuşdur.

Xatırladaq ki, 2016-cı il iyunun 10-dan iyulun 10-dək Fransada keçiriləcək Avropa çempionatının final mərhələsinə doqquz qrupun hərəsindən iki qalib komanda və üçüncü yerlərin sahibləri arasında ən yaxşı nəticə göstərən kollektiv birbaşa vəsiqə qazanacaqlar, daha dörd xoşbəxt komanda isə pley-off görüşlərindən sonra məlum olacaq.

 

Oqtay BAYRAMOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında