Binəqədi rayonunda “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində veloyürüş keçirilmişdir

“Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası,  və “Təbiət dostları” İctimai Birliyi nəzdində “Yaşıl velosipedçilər klubu”nun təşkilatçılığı, dəstəyi və birgə əməkdaşlığı ilə veloyürüş keçirilmişdir.

“Bakı 2015” I Avropa Oyunlarının keçiriləcəyi tarix yaxınlaşdıqca ölkədə həyəcan və coşqu artmaqdadır. Bu istiqamətdə paytaxtın şimal qapısı sayılan Binəqədi rayonunda “Təmiz Binəqədi” sosial layihəsinə start verilmişdir. Layihə çərçivəsində keçirilən və böyük maraqla qarşılanan tədbirlərdən biri də rayonunun Heydər Əliyev adına mədəniyyət və istirahət parkından Novxanıya doğru keçirilən veloyürüşdür.

Veloyürüşə müxtəlif ölkələrdən olan əcnəbi velosipedçilərlə yanaşı, fərqli yaş qrupuna mənsub iştirakçıların qatılması, xüsusilə də məktəbyaşlı yeniyetmələrin iştirakı tədbirə əlavə rəng qatmışdır. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunan açılış mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov çıxış etmiş, tədbir iştirakçılarına yürüşün əhəmiyyətindən danışmışdır. O vurğulamışdır ki, ətraf mühiti və ekoloji vəziyyəti qorumaq naminə velosiped həvəskarlarının bu ictimai faydalı işə qoşulması çox müsbət addımdır.

Sonra Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev çıxış edərək belə tədbirlərin təşkilinə görə təşkilatçılara öz minnətdarlığını bildirmişdir. “Yaşıl velosipedçilər klubu”nun üzvü Elman Əsgərov və “Təbiət dostları” İctimai Birliyinin sədri Elşən Nuriyev də açılış mərasimində tədbirin əhəmiyyətindən danışmışlar.

Veloyürüşün qaydaları haqqında iştirakçılara ətraflı məlumat verildikdən sonra ön sırada məktəbyaşlı yeniyetmələrin dayandığı velosipedçilər yürüşə start vermişlər. Novxanı ərazisində AF Otel qarşısına çatan veloyürüşçülər böyük coşqu ilə qarşılanmış və onlar üçün konsert proqramı nümayiş etdirilmişdir.

Tədbir ekoloji mühitin qorunması ilə bağlı konfransla davam etmişdir. Konfransda ölkəmizdən olan nümayəndələrlə yanaşı, Türkiyə, Avstriya, Çexiya, Litva, Danimarka və Rusiya təmsilçilərinin çıxışları dinlənilmişdir. Əcnəbi təmsilçilər öz ölkələrindəki ekoloji problemlərlə mübarizə yollarından bəhs etmiş, “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində görülən işləri, o cümlədən bu veloyürüşün təşkilini yüksək qiymətləndirmişlər.

 

V. BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında