Bakı yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 2016-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək

 Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində Azərbaycan beynəlxalq əhəmiyyətli idman yarışlarının keçirilməsi üçün əlverişli məkana çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyaya uyğun olaraq, bu gün idman ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

Yunanıstanın Afina şəhərində yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə Beynəlxalq Assosiasiyanın Baş Assambleyası keçirilib. Assambleya çərçivəsində yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 2016-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək ölkənin müəyyən edilməsi məqsədilə səsvermə keçirilib. Assambleyada 254 səs çoxluğu ilə Azərbaycanın yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 2016-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etməsi barədə qərar qəbul olunub.

Afina şəhərində keçirilmiş assambleya çərçivəsində Azərbaycan Yelkənli İdman Federasiyasının nümayəndələri təqdimat keçiriblər.

Mötəbər beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəsi olan Vətənimizin paytaxtı, daim yeniləşən, müasirləşən və xüsusilə də “küləklər şəhəri” olan Bakının yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 2016-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etməsinin doğru seçim olduğu Beynəlxalq Yelkənli İdman  Federasiyasının nümayəndələri və assambleyanın iştirakçıları tərəfindən xüsusilə vurğulanıb.

Yelkənli qayıqların 470 Olimpiya sinfi iki əllə idarə olunan yarış qayıqlarıdır. Bu sinfin adı onun ümumi uzunluğunun santimetrlə ölçüsündən yaranıb (qayıq 4.70 metr uzunluğundadır). Bu qayıqlar sürətli üzmə qabiliyyətinə malikdirlər. 470 Olimpiya sinfinə aid olan həmin qayıqların çəkisinə nisbətən iri həcmli yelkənləri vardır ki, bu da qayıqların avtomobillərlə müqayisədə sanki dəniz avtomobili kimi suda yüksək sürətlə və manevrlə idarə olunmasına şərait yaradır.

Bu idman növü 1976-cı ildən Olimpiya sinfinə daxil edilmiş 10 yelkənli qayıqlar üzrə idman növündən biridir. Üç yüz nəfərdən çox idmançının iştirak etdiyi bu idman növü üzrə yarışlar dənizdə keçirilən ən böyük yarışlardan biri hesab olunur.

Ölkəmizin belə bir beynəlxalq səviyyəli mötəbər yarışa ev sahibliyi etməsinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük zəhmət və qayğı ilə respublikamızın beynəlxalq idman aləmində formalaşdırılmış nüfuzunun daha da artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin tərkib hissəsi olması qürur hissi ilə vurğulanmalıdır.

 

Azərbaycan Yelkənli İdman Federasiyasının mətbuat xidməti

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında