Azərbaycan şahmatçısı Tehran turnirində

İran İslam Respublikasının paytaxtı Tehranda “ESO Chess Cup 2014” beynəlxalq şahmat turnirinə start verilmişdir. Yarışın mükafatları uğrunda 10 nəfər o cümlədən qrossmeysterlər Ehsan Qaem Maqami (İran), Azər Mirzəyev (Azərbaycan), Marat Cumayev (Özbəkistan) və Rüstəm Husnitdinov (Qazaxıstan) mübarizə aparırlar.

Qalan altı iştirakçı isə Türkiyə, Tacikistan, Qırğızıstan, Türkmənistan, Pakistan və Əfqanıstan təmsilçiləridir.

Dairəvi sistem üzrə keçirilən turnir bir dövrədən ibarətdir, rəqiblər hərəyə doqquz görüş oynayacaqlar. Birinci turda Mirzəyevin Türkiyə şahmatçısı Cankut Əmiroğlu ilə görüşündə heç-heçə qeydə alınmışdır. Beynəlxalq turnirin qalib və mükafatçıları sentyabrın 11-də məlum olacaq.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında