Dünya çempionatına qələbə əzmi ilə

Sentyabrın 8-də Daşkənddə başlanacaq güləş üzrə dünya çempionatı, şübhəsiz, planetin bütün güşələrində böyük maraqla gözlənilir.

Çempionatda güləşin hər üç növündə geniş heyətlə təmsil olunacaq Azərbaycan milli komandasının üzvləri də həmişəki kimi, bu dəfə də yüksək yerlər və medallar uğrunda mübarizə aparmaq əzmindədirlər. Qarşıdakı yarışda Azərbaycanın şərəfini dəfələrlə mötəbər turnirlərin qalib və mükafatçıları olmuş sərbəst üsulla güləşənlər Hacı Əliyev (61 kq), Xetaq Qazyutov (97 kq), yunan-Roma güləşçiləri Həsən Əliyev (66 kq), Emin Əhmədov (80 kq), qadınlardan ibarət komandamızın liderləri Mariya Stadnik (48 kq), Yuliya Ratkeviç (60 kq) və başqaları qoruyacaqlar.

Özbəkistan paytaxtında dünyanın ən yaxşı güləşçilərinin çempionatına sentyabrın 14-də yekun vurulacaq.

Bu yaxınlarda idman ictimaiyyətimiz gənc güləşçilərimizin Çin Xalq Respublikasının Nankin şəhərində keçirilmiş Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında böyük nailiyyətinə ürəkdən sevindi. Olimpiadada beş güləşçimiz Azərbaycana 3 qızıl və 2 gümüş mükafat qazandırdı. İndi isə həmin uğurları davam etdirmək növbəsi usta güləşçilərimizindir.

 

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında