“Bakı-2015” in yeni ofisinin açılış mərasimi keçirilib

Sentyabrın 3-də “Bakı-2015”in yeni ofisinin açılış mərasimi keçirilib. AzərTAc xəbər verir ki, mərasimdə Azərbaycanın gənclər və idman naziri, birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov, Avropa Olimpiya Komitəsi (AOK) Koordinasiya Komissiyasının sədri Spiros Kapralos və komissiyanın üzvləri iştirak ediblər.

Mərasimə Azərbaycanın “Bakı-2015”də nümayəndələri olacaq dörd Olimpiya çempionu da qatılıb. Onlar 2004-cü ildə Afinada qızıl medal qazanmış yunan-Roma güləşçimiz Fərid Mansurov, müvafiq olaraq 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında və 2012-ci il London Olimpiadasında qızıl medallar qazanmış sərbəst güləşçilər Namiq Abdullayev və Toğrul Əsgərov, 2000-ci il Sidney Olimpiya  Oyunlarında stend atıcılığı üzrə qızıl medal qazanmış Zemfira Meftahətdinovadır.

Azad Rəhimov bildirib ki, AOK Koordinasiya Komissiyasını qəbul etmək bizim üçün şərəfdir. Azərbaycan hökuməti birinci Avropa Oyunlarının uğurla keçirilməsi və Avropanın elit idmançıları üçün böyük təcrübəyə çevrilməsi ilə tam şəkildə məşğuldur. Bu səfərlər birinci Avropa Oyunlarına gedən yolda həddindən artıq mühüm mərhələlərdir və biz növbəti iki gün ərzində təşkilatın bütün sahələri üzrə davamlı tərəqqimizi nümayiş etdirəcəyik. Avropanı  nadir idman tədbirində birləşdirəcək yarışların həyata keçirilməsi istiqamətində son aylarda bir sıra vacib və əhəmiyyətli addımlar atmışıq.

Spiros Kapralos deyib ki, biz AOK Koordinasiya Komissiyasının Azərbaycanda keçiriləcək 5 görüşündən dördüncüsündə iştirak etmək üçün Bakıya gəldiyimiz üçün çox şadıq. Bakıya son səfərimizdən ötən 4 ay ərzində “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) yarışın hazırlıqları üçün bütün sahələrdə real işlər görüb. Xüsusilə də aprel ayında komissiyanın müəyyən etdiyi kommersiya sponsorluğu və kommunikasiya sahələri inkişaf etdirilib. Oyunların açılış mərasiminə cəmi 282 gün qalıb və AOK ilə BAOƏK arasında keçirilən bu görüş “Bakı-2015”ə hazırlıq məqsədilə qalan vaxtın optimallaşdırılması üçün vacibdir.

AOK Koordinasiya Komissiyasının üzvləri iki gün Bakıda olacaqlar. Onlar gələn il keçiriləcək Avropa Oyunlarının yarış obyektlərinə baxacaq və BAOƏK-nin şöbə rəhbərlərindən yeni məlumatlar alacaqlar.

AOK ilk dəfə olaraq ev sahibi olan şəhərin hər yerində nümayiş etdirilən yeni “Bakı-2015” brendini görəcək və bu yaxınlarda yenilənmiş idman proqramı haqqında ətraflı məlumatlar əldə edəcək.

“Bakı-2015”in yeni ofisinin ümumi tutumu 1057 nəfərlikdir və təxminən 11 min kvadratmetrdir. Orada 250 nəfərlik auditoriya, hər mərtəbədə üç kiçik mətbəx və bir neçə iclas otaqları, duş almaq üçün yerlər və namaz otağı vardır.

Hazırda BAOƏK-in işçi qüvvəsi 20 şöbə və 769 işçidən ibarətdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında