Cədvələ “Sumqayıt” başçılıq edir

Topaz Premyer Liqasında 4-cü turun beş oyunundan üçü meydan sahiblərinin qələbəsi ilə nəticələnmişdir.

Gərgin mübarizə şəraitində davam etmiş hər üç  görüşdə qaliblərin üstünlüyü bir top fərqlə ifadə olunmuşdur: “Neftçi”-“Simurq”-2:1, “Xəzər-Lənkəran”-“İnter”-1:0, “Sumqayıt”-“Araz-Naxçıvan”-1:0. Digər iki oyunda “Qəbələ” AZAL-a uduzmuş-1:2, UEFA Avropa Liqası turnirinin qrup mərhələsində Fransanın “Sent-Etyenn”, İtaliyanın “İnter”və Ukraynanın “Dnepr” klubları ilə qarşılaşacaq “Qarabağ” isə “Bakı” ilə heç-heçə oynamışdır-2:2.

Dörd turdan sonra turnir cədvəlinə başçılıq edən “Sumqayıt” 9 xal toplamışdır. Cədvəldə liderin ən yaxın izləyiciləri “İnter” və “Neftçi”nin müvafiq surətdə 7 və 6 xalları var. Dörd-beşinci pillələrdə irəliləyən “Simurq” və “Qəbələ” də 6 xala malikdirlər.

Təqvimdə növbəti, 5-ci turun oyunları sentyabrın 12-14-nə təyin edilmişdir. Buna qədər isə ən yaxşı futbolçularımız milli komandanın heyətində meydana çıxacaqlar. Artıq sabah yığmamız Moskvada Rusiya komandası ilə yoldaşlıq görüşü keçirəcəkdir. Bu matç sentyabrın 9-da Avropa çempionatı–2016-nın seçmə yarışları çərçivəsində Bolqarıstan komandasını qəbul edəcək Azərbaycan futbolçuları üçün sonuncu yoxlama görüşü olacaq.

Avroliqanın qrup mərhələsində “Qarabağ”ın rəqiblərinin öz milli çempionatlarında keçirdikləri növbəti oyunların nəticələrini də diqqətinizə çatdıraq. PSJ-“Sent-Etyenn”-5:0, “Dnepr”-“Vorskla”-1:1, “Toruno”-“İnter”-0:0.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında