18-ci pillədən 12-ci mövqeyə

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) sentyabrın 1-nə olan vəziyyətə görə dərc etdirdiyi reytinq cədvəlində 2756 əmsalla 12-ci mövqedədir.

Şahmatçımız avqustda Norveçin Tromsö şəhərində  keçirilmiş Ümumdünya Olimpiadasında millimizin birinci taxtasında uğurlu çıxışları sayəsində öz reytinq göstəricisini xeyli yaxşılaşdıraraq birdən-birə altı pillə irəliləmişdir.

Norveçli dünya çempionu Maqnus Karlsenin (2870) başçılıq etdiyi siyahıda Azərbaycan şahmat məktəbinin digər yetirmələri Teymur Rəcəbov (2717) 33-cü, Rauf Məmmədov (2660) 93-cü, Eltac Səfərli (2655) 101-ci yerlərdə qərar tutmuşlar.

Bu arada məlum olmuşdur ki, Məmmədyarov və Rəcəbov dekabrın 11-17-də Pekində keçiriləcək Ümumdünya İntellektual Oyunları çərçivəsində sürətli şahmat turnirlərində (blits, rapid, taxtaya baxmadan) iştirak edəcəklər. Bu yarışların hər birində 16 qrossmeyster mübarizə aparacaq. Təmsilçilərimizin rəqibləri rusiyalılar Aleksandr Qrişuk, Sergey Karyakin, ukraynalı Vasili İvançuk, macar Peter Leko, fransız Maksim Vaşye-Laqrav və başqaları olacaq.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında