“Bakı-2015” Avropa Oyunlarının yeni brendinin təqdimatı olub

Avqustun 27-də “Bakı-2015” Avropa Oyunlarının yeni brendinin təqdimatı olub. Bakının gözəlliyini əks etdirən rəngarəng və heyranedici yeni brend yarış obyektləri, biletlər, uniformalar və ilk Avropa Oyunları ilə bağlı satılan bütün əşyalarda əks olunacaq.

Yeni brendin mərkəzində Azərbaycan folklorunda birliyin simvolu olan nar ağacının təsviri vardır. Azərbaycan irsinin və mədəniyyətinin tarixi simvolları, müxtəlif idman növü və fənlərinin diqqət cəlb edən qrafikaları nar ağacının budaqları ilə bir-birinə bağlanır.

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq bildirib ki, yeni brend özünüifadə tərzi olub, qədim Azərbaycan irsinin və ölkənin təbii gözəlliyi ilə bağlı qürur hissimizin, həmçinin bütün Avropanın zövq ala biləcəyi innovativ idman yarışını gerçəkləşdirmək istəyimizin rəmzidir. Qarşıdan gələn həftələr və aylar ərzində bu brend Avropa Oyunları ilə sinonim olacaqdır. Eyni zamanda, brend “Bakı-2015”in təkmilləşdirilmiş və yenilənmiş rəsmi veb-saytının yenidən işə salınmasında da istifadə olunub. Əlvan rəngli şüşə şəbəkə, butanın naxış elementləri, xalça və toxuculuq naxışlarından nümunələr də daxil olmaqla bir yerə toplanmış cəlbedici yeni naxışlar ölkənin məğrur tarixində mühüm rol oynayan digər simvollardır.

Brendin hazırlanması üçün tenderin qalibi olan “SomeOne”  agentliyinin təsisçilərindən biri və icraçı-kreativ direktoru Qari Holt deyib ki, yeni brenddə idmançılar Azərbaycan incəsənəti və nar ağacı ilə vəhdətdə əks olunub. Agentlik əvvəllər “London-2012” Olimpiya və Paralimpiya Oyunları üçün idman brendinin yaradılması ilə məşğul olub.

“Bakı-2015”in kommersiya direktoru Çarli Vijeratna qeyd edib ki, Avropa Oyunları üçün “SomeOne” agentliyinin yaratdığı gözəl və mürəkkəb naxışlar zövqümüzü oxşadı. Onlar elə bir imic yaradıblar ki, bu, medallardan tutmuş uniformalaradək bütün sahələrdə təsirli olacaq.

 

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında