Ənənəvi turnirdə yolun yarısı keçildi

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən ənənəvi beynəlxalq şahmat turnirində yolun yarısı arxada qalmışdır. Yüz nəfərə qədər rəqib, o cümlədən 39 qrossmeyster doqquz turdan ibarət yarışın ilk beş turunun görüşlərini oynayıb, bir günlük istirahətə çıxmışlar.

Xəbər verdiyimiz kimi, turnirin iştirakçıları arasında Azərbaycanın beş təmsilçisi Nicat Abbasov, Ülvi Bacarani, Vüqar Rəsulov, Abdulla Qədimbəyli və Aydan Höcətova da vardır. Hələlik onlar arasında ən yaxşı nəticəni hərəyə 3,5 xal toplayan Abbasov və Bacarani göstərmişlər. Şahmatçılarımız rusiyalı lider Sergey Volkovdan 1,4 xalla ikinci-doqquzuncu yerləri bölüşdürən qrossmeysterlərdən isə yarım xal geri qalırlar.

Dünən turnirdə istirahət günü idi. Bu günə təyin edilmiş altıncı turda Abbasov erməni Arman Paşikyanla, Bacarani isə moldovalı Viorel İordaçesku ilə görüşəcəklər.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti” 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında