İtaliyalı və avstriyalı hakimlər

Avqustun 28-də UEFA Avropa Liqası turnirinin pley-off mərhələsinin cavab görüşləri çərçivəsində Azərbaycan klublarının iştirakı ilə keçiriləcək oyunların hakimləri məlumdur.

Hollandiyanın Enshed şəhərində yerli “Tvente” ilə “Qarabağ”ın görüşünü İtaliya Futbol Federasiyasının nümayəndəsi Paolo Silvio Matsolini idarə edəcəkdir. UEFA “Neftçi” - “Partizan” (Belqrad, Serbiya) matçının hakimliyini isə avstriyalı Robert Şörgenhoferə həvalə etmişdir.

Bu arada milli çempionatımızda üçüncü turun oyunları olmuşdur. “Qarabağ” və “Neftçi”nin Avroliqa matçlarına hazırlaşmaları ilə əlaqədar olaraq onların müvafiq surətdə “Araz - Naxçıvan” və AZAL komandaları ilə görüşləri başqa vaxta keçirilmişdir. Bu turun qalan üç oyunu isə belə nəticələnmişdir: “Bakı” - “Qəbələ” - 0:2, “İnter” - “Sumqayıt” - 5:1, “Simurq” - “Xəzər - Lənkəran” - 2:0.

Üç turdan sonra turnir cədvəlində lider 7 xala malik “İnter”dir. Sonrakı üç pillədə irəliləyən “Simurq”, “Sumqayıt” və “Qəbələ”nin 6 xalı vardır. Lakin Zaqatala klubu bir oyun az keçirmişdir.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti” 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında