Olimpiya oyunlarında ilk qızıl və dördüncü gümüş medal

 

 

Azərbaycan idmançıları Çin Xalq Respublikasının Nankin şəhərində keçirilən

Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında daha bir gümüş medal sevinci yaşamışlar. Bu dəfə avarçəkmə yarışlarında Boris Yotov fərqlənmişdir.

Təmsilçimiz akademik qayıqlarda  1000 metr məsafəyə startlarda inamla çıxış edərək yalnız yarışın almaniyalı qalibindən geri qalıb finişə ikinci çatmışdır.

Bu, Azərbaycan idmançılarının Olimpiadada qazandıqları dördüncü gümüş medaldır. Yotovdan əvvəl cüdoçular Natiq Qurbanlı (55 kq), Leyla Əliyeva (44 kq) və taekvondoçu Ceren Özbek də (44 kq) ikinci yeri tutub fəxri kürsünün gümüş pilləsinə yüksəlmişlər.

Dünən, Olimpiya oyunlarının dördüncü günü daha bir idmançımız, taekvondoçu Səid Quliyev (74 kq) yarış meydanına dəvət olunmuşdur. O, kolumbiyalı, misirli və almaniyalı rəqiblərinə qalib gələrək qızıl medal qazanmış və Olimpiadanın çempionu olmuşdur. Bundan sonra mükafatlarımızın sayı beşə çatmışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında