Əvvəlcə “Qarabağ”, sonra da “Neftçi”

 

 

UEFA Avropa Liqası turnirinin pley-off mərhələsində Azərbaycan klublarının ilk oyunlarına bir həftədən də az vaxt qalır. Təmsilçilərimiz “Qarabağ” və “Neftçi” qrup mərhələsinin astanasında özlərinə də, pərəstişkarlarına da yaxşı tanış olan rəqiblərlə görüşəcəklər.

Avqustun 21-nə təyin edilmiş birinci raund matçlarında komandalarımızdan birinci olaraq meydana Ağdam klubu çıxacaq. Azərbaycan çempionunun “Tvente” (Hollandiya) ilə görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21-də başlanacaq. Artıq oyunu almaniyalı Manuel Qrafenin idarə edəcəyi də məlumdur.

Bu görüş başa çatdıqdan yarım saat sonra isə ölkə kubokunun sahibləri-bakılılar Belqradda Serbiyanın “Partizan” komandası ilə “münasibətləri aydınlaşdırmağa” başlayacaqlar. “Partizan” stadionunda topa ilk zərbə bizim vaxtla saat 23:15-də endiriləcəkdir. Cavab görüşlərinin avqustun 28-də keçiriləcəyini də xatırladaq.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında