Ümumdünya Şahmat Olimpiadasının qalib və mükafatçıları bu gün məlum olacaq

 

 

 

Norveçin Tromsö şəhərində 41-ci Ümumdünya Şahmat Olimpiadasına yekun vurmaq, qalib və mükafatçıları təbrik etmək vaxtı çatmışdır. On bir turdan onu artıq arxada qalmış və yalnız sonuncu turu gözləmək qalır. Hər şeyə də məhz 11-ci tur tam aydınlıq gətirəcək.

Doqquzuncu raundda olduğu kimi, onuncu turda da Azərbaycanın kişilərdən ibarət komandası heç-heçə ilə kifayətlənmiş, qadın şahmatçılarımız isə daha bir inamlı qələbəyə sevinmişlər.

Kişi qrossmeysterlərimizin Ukrayna komandası ilə görüşündə 2:2 hesabı qeydə alınmışdır. Şəhriyar Məmmədyarov birinci taxtada qaralarla Vasili İvançuka qalib gəlmiş, Rauf Məmmədov üçüncü taxtada Pavel Elyanova uduzmuş, digər iki taxtada isə Teymur Rəcəbov Ruslan Ponomaryovla, Eltac Səfərli Aleksandr Moiseyenko ilə heç-heçəyə razılaşmışlar.

Bu turda liderlər qrupunda olan digər komandaların görüşləri belə nəticələnmişdir: Fransa—Çin—1,5:2,5,  Macarıstan-Rumıniya-3:1, Bolqarıstan-Polşa-1,5:2,5, ABŞ-Argentina-2,5:1,5, Serbiya-Rusiya-1,5:2,5, Almaniya-Hindistan-1,5:2,5, Vyetnam-Ermənistan-2:2.

Finişə bir tur qalmış turnir cədbəlinin ən yüksək pilləsində olan Çin komandasının 17 xalı vardır. Ikinci yeri tutan macarlar vahid liderdən bir xal geri qalırlar. Azərbaycan və daha yeddi ölkə—Fransa, Ukrayna, Rusiya, ABŞ, Özbəkistan, Hindistan və Polşa 15 xala malikdirlər.

Qadın şahmatçıların turnirində Azərbaycan komandasının Norveç yığması üzərində qələbəsini (3:1) birinci və dördüncü taxtalarda Zeynəb və Türkan Məmmədyarovaların qələbələri təmin etmişdir (göründüyü kimi, həmin axşam bacılar qardaşaları Şəhriyardan geri qalmamışlar), ikinci—üçüncü taxtalarda isə Gülnar Məmmədova və Xəyalə Abdulla öz görüşlərini heç-heçə başa çatdırmışlar.

Bu qələbədən sonra bizim qızlar turnir cədvəlində daha dörd pillə irəriləmişlər. Komandamız son tur ərəfəsində 14 xalla 15-ci yerdədir və onunla eyni miqdarda xal toplayaraq onuncu pillədə olan Hindistandan yalnız əlavə göstəricilərə görə geri qalır. Lider isə Rusiyadır-18 xal. Cədvəldə onun ən yaxın izləyiciləri – Çin və Ukrayna 17 xal toplamışlar.

Dünən Olimpiada da istirahət günü idi. Bu gün Bakı vaxtı ilə saat 14-də başlanacaq sonuncu turda Azərbaycanın kişilərdən ibarət komandası ABŞ təmsilçilərinə qarşı oynayacaq, qadın şahmatçılarımız isə polşalı rəqiblərinə qalıb gəlməyə çalışacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında