Yaxşı yol, Azərbaycan olimpiyaçıları!

 

Dörd il əvvəl Sinqapurda keçirilmiş Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları ölkəmizi uğurlu çıxışları ilə sevindirmişdilər. İndi isə II Olimpiada start ərəfəsindədir. Dünən gənc həmvətənlərimiz bu yarışlarda iştirak etmək üçün oyunların keçiriləcəyi Çin Xalq Respublikasının Nankin şəhərinə yola düşmüşlər.

Bir gün əvvəl isə Milli Olimpiya Komitəsində nümayəndə heyətimizin Olimpiadaya yola salınması ilə bağlı tədbir keçirilmişdi. Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından danışmış və olimpiyaçılarımıza uğurlar arzulamışlar.

Nankində Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına avqustun 16-da start veriləcəkdir. Təmsilçilərimiz  iki həftəyə qədər davam edəcək yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi, taekvondo, boks, üzgüçülük, yüngül atletika, cüdo və akademik qayıqlarda avarçəkmə turnirlərində bacarıqlarını nümayiş etdirəcəklər. Onların, demək olar, hamısı artıq beynəlxalq meydanda müxtəlif yarışlarda özünü yaxşı cəhətdən göstərmiş, kifayət qədər təcrübə toplamış və mükafatçılar sırasında yer tutmuşdur.  Bu isə Azərbaycan idmanı yetirmələrinin Nankində də inamla çıxış edib çoxsaylı pərəstişkarlarına növbəti qələbə sevinci yaşadacaqlarına ümid etməyə əsas verir.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında