"Olimpiyski"də dünya çempionatı start ərəfəsindədir

Sentyabrın 6-dan 12-dək Moskvanın "Olimpiyski" İdman Kompleksində keçiriləcək güləş üzrə dünya çempionatı artıq start ərəfəsindədir. Çempionatda birinci olaraq medalların sahiblərini yunan-Roma üsulu ilə güləşənlər müəyyənləşdirəcəklər. Sonra qadın güləşçilər öz ustalıqlarını nümayiş etdirəcəklər. Dünya çempionatına sərbəst üsulla güləşənlərin görüşləri ilə yekun vurulacaqdır.
Artıq Azərbaycanın sərbəst güləş üzrə yığma komandasının da heyəti, demək olar, qəti surətdə müəyyənləşmişdir. Məşqçilər korpusu yeddi çəki dərəcəsindən altısında ölkəmizin idman şərəfini qorumağı Toğrul Əsgərov (55 kq), Cəbrayıl Həsənov (66 kq), Çamsulvara Çamsulvarayev (74 kq), Novruz Temrezov (84 kq), Xetaq Qazyumov (96 kq) və Əli İsayevə (120 kq) etibar etmişdir. Onlarla birlikdə 60 kq çəki dərəcəsində dünya çempionatının medalları uğrunda mübarizə aparacaq yeddinci iştirakçı isə bu gün məlum olacaq.
Güləş üzrə dünya çempionatı bu növdə 2010-cu ilin ən mühüm idman hadisəsidir və bir həftə ərzində planetin hər yerində diqqət mərkəzində olacaq. Əlbəttə, azərbaycanlı idman həvəskarları da son illər güləşin hər üç növündə beynəlxalq meydanda uğurla çıxış edən təmsilçilərimizin görüşlərini böyük maraqla gözləyirlər.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında