Almaniyada yoldaşlıq görüşü

Azərbaycan milli komandasının final mərhələsi 2012-ci ildə Polşa və Ukraynada keçiriləcək Avropa çempionatının seçmə yarışlarında startına cəmi dörd gün qalır. Sentyabrın 7-də Kölndə sonuncu dünya çempionatının bürünc mükafatçısı Almaniya yığmasının qonağı olacaq futbolçularımız bu oyun ərəfəsində həmin ölkənin Rust şəhərində eyniadlı yerli klubla yoldaşlıq görüşündə qüvvələrini yoxlamış və 4:0 hesabı ilə qalib gəlmişlər. Topların ikisini Araz Abdullayev, daha ikisini isə Vaqif Cavadov və Fabio Luis Ramim vurmuşlar.
Elə buradaca azarkeşlərin diqqətinə çatdıraq ki, Unibank premyer liqasında "Qarabağ"ın ikinci və dördüncü turlardan müvafiq surətdə "Gəncə" və "Bakı" ilə təxirə salınmış görüşlərinin keçiriləcəyi vaxt dəqiqləşmişdir. Ağdam klubu gəncəlilərlə sentyabrın 22-də, bakılılarla isə bundan bir ay sonra, oktyabrın 20-də qarşılaşacaq.
"Qarabağ"ın artıq keçmiş müdafiəçisi və Azərbaycan yığma komandasının kapitanı Rəşad Sadıqovun yeni klubu, Türkiyə çempionatında çıxış edən "Əskişəhərspor"da debütü isə növbəti turda baş tuta bilər. Avropa çempionatının seçmə yarışları ilə əlaqədar superliqada da iki həftəlik fasilə verilmişdir. Sentyabrın 10-13-nə təyin edilmiş dördüncü turda "Əskişəhərspor" rəqib meydanında "Bursaspor"la görüşəcək.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında