Azərbaycan: daha iki qələbə

 

 

Dünya  çempionu Maqnus Karlsenin vətəni Norveçin Tromsö şəhərində keçirilən 41-ci Ümumdünya Şahmat Olimpiadasının üçüncü turunda Azərbaycan komandaları növbəti qələbələrin sevincini yaşamışlar. Bu dəfə kişi qrossmeysterlərimiz Xorvatiya, qadın şahmatçılarımız isə İsveçrə yığmalarını məğlubiyyətə uğratmışlar. Hər iki matçda 2,5:1,5 hesabı qeydə alınmışdır.

Azərbaycan-Xorvatiya görüşündə millimizin müvəffəqiyyətini üçüncü taxtada Eltac Səfərlinin Mladen Palac üzərində qələbəsi təmin etmişdir. Digər üç taxtada Şəhriyar Məmmədyarov İvan Sariçlə, Teymur Rəcəbov  Hrvoje        Steviclə, Qədir Hüseynov Zdenko Kozul ilə heç-heçə oynamışlar.

Bu turnirin bəzi digər matçları belə nəticələnmişdir: ABŞ-Hollandiya-1,5:2,5, Ermənistan-Fransa-1,5:2,5, Almaniya-İngiltərə – 2:2, Polşa-Kuba-2:2, Türkiyə – Gürcüstan-2:2,  Macarıstan-Çin – 1,5:2,5 – Norveç-Çernoqoriya-3:1.

Üç turdan sonra kişi komandalarının yarışında Azərbaycanla yanaşı Fransa, Serbiya, Rusiya, Özbəkistan, Hollandiya, Rumıniya, Çin, İsrail, Bolqarıstan və Çexiya hərəyə 6 xal toplayaraq liderlər qrupunda qərar tutmuşlar.

Qadınların turnirində Azərbaycan-İsveçrə matçında həmvətənlərimizdən Gülnar Məmmədova və Səbinə İbrahimova fərqlənmişlər. Onlar müvafiq surətdə ikinci və dördüncü taxtalarda qələbə qazanmışlar. Daha iki görüşdə Zeynəb Məmmədyarova uduzmuş, Xəyalə Avdulla isə heç-heçəyə razılaşmışdır.

Azərbaycan kimi daha 11 ölkənin qadın komandaları ilk üç turda maksimum miqdarda 6 xal toplamışlar. Bunlar İran, Çin, Ermənistan, Rusiya, İndoneziya, Hollandiya, Macarıstan, Kuba, Gürcüstan, Slovakiya və Almaniya yığmalarıdır.

Dünən axşam Olimpiadada dördüncü turun görüşləri keçirilmişdir. Bu turda kişilərdən ibarət komandamız bir gün əvvəl Ermənistan üzərində qələbə qazanan Fransaya qarşı oynamış, qadın şahmatçılarımızın rəqibi isə üçüncü raundda ABŞ komandasını məğlubiyyətə uğradan Çin yığması olmuşdur.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında