Azərbaycan komandaları Ümumdünya Şahmat Olimpiadasına hərəyə iki qələbə ilə başlamışlar

 

 

 

Ölkəmizin həm kişilərdən, həm də qadınlardan ibarət komandaları avqustun 2-də Norveçin Tromsö şəhərində starta çıxmış 41-ci Ümumdünya Şahmat Olimpiadasının ilk iki turunda hərəyə iki

matçda qələbə qazanaraq maksimum miqdarda 4 xal toplamış

və liderlər qrupuna daxil olmuşlar.

Kişi qrossmeysterlərimiz Olimpiadaya İPCA komandası (dayaq-hərəkət aparatında pozuntular olan şahmatçılardan təşkil edilmiş heyət) üzərində qələbə ilə başlamışlar. Bu görüşdə Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli və Qədir Hüseynov bütün dörd taxtada rəqiblərini məğlubiyyətə uğratmışlar.

Ertəsi gün isə yığmamız Şotlandiya komandasına 3,5:0,5 hesabı ilə qalib gəlmişdir. Bu dəfə birinci taxtada Şəhriyar Məmmədyarov heç-heçəyə razılaşmış, digər üç taxtada isə Məmmədov, Səfərli və Hüseynov rəqiblərindən daha dəqiq oynayaraq qələbə qazanmışlar.

İki turdan sonra Azərbaycan millisi ilə yanaşı daha 35 komanda 4 xal toplamışdır.

Qadın şahmatçılarımızın Olimpiadada ilk rəqibi İrlandiya komandası olmuşdur. Bu matçda Zeynəb Məmmədyarova, Gülnar Məmmədova, Türkan Məmmədyarova və Səbinə İbrahimovadan ibarət heyət yarış meydanını 4:0 hesablı qələbə ilə tərk etmişdir.

Bizim qızlar ikinci turda Salvador komandası ilə matçda da bütün dörd taxtada qələbəyə sevinmişlər. – 4:0. Bu görüşdə həmvətənlərimiz Z.Məmmədyarova, Məmmədova, Xəyalə Abdulla və T.Məmmədyarovadan ibarət heyətlə oynamışlar. Nəticədə Azərbaycan komandası startda hər iki matçda heç bir itkiyə məruz qalmamışdır.

Xatırladaq ki, ölkəmizin kişilərdən ibarət komandasının kapitanı rusiyalı mütəxəssis Aleksandr Xalifmandır, qadın şahmatçılar isə Fikrət Sideifzadənin rəhbərliyi altında çıxış edirlər.

Isveçrə sistemi üzrə keçirilib 11 turdan ibarət olan Olimpiadada dünən axşam üçüncü turun matçları oynanılmışdır. Bu turda kişi qrossmeysterlərimiz Xorvatiya komandası ilə qarşılaşmış, qadın şahmatçılarımız isə isveçrəli rəqibləri ilə “münasibətləri aydınlaşdırmışlar”.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında