Ümumdünya Şahmat Olimpiadası starta çıxır

 

 

Bu gün Norveçin Tromcö şəhərində 41-ci Ümumdünya Şahmat Olimpiadasına start veriləcəkdir. Planetin ən parlaq zəka sahiblərinin bu çox mötəbər yarışında medallar uğrunda 179 kişi və 137 qadın komandası mübarizə aparacaq.

Azərbaycanın kişi qrossmeysterləri Olimpiadada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli və Qədir Hüseynovdan ibarət heyətlə çıxış edəcəklər. Komandanın kapitanı rusiyalı mütəxəssis Aleksandr Xalifmandır. Xatırladaq ki, yığmamız bu heyətlə ötən il Varşavada keçirilmiş Avropa çempionatının qızıl medallarını qazanmışdır. Qadınların yarışında isə ölkəmizin şərəfini Zeynəb və Türkan Məmmədyarovalar, Gülnar Məmmədova, Xəyalə Abdulla və Səbinə İbrahimova qoruyacaqlar. Komandanı Olimpiadaya təcrübəli məşqçi Fikrət Sideifzadə hazırlamışdır.

Kişi komandalarının siyahısında reytinqə görə birinci onluğa Rusiya (2777), Ukrayna (2722), Fransa (2718), Ermənistan (2705), ABŞ (2704), Macarstan (2702), Çin (2696), Azərbaycan (2694), İngiltərə (2681) və Hollandiya (2678) daxildir.

Azərbaycanın  qadınlardan ibarət komandası isə 2252 əmsalla siyahıda 28-cidir. Burada ilk üçlüyü Çin (2543), Rusiya (2520) və Ukrayna (2505) təşkil edir.

Hər komandaya 4 əsas və 1 ehtiyat oyunçu daxildir. Turnirlər İsveçrə sistemi üzrə keçirilib. 11 turdan ibarət olacaq. Yarış ərzində işrirakçılara iki istirahət günü veriləcəkdir (avqustun 7-də və 13-də).

Birinci turun görüşləri bu gün keçiriləcəkdir. Sonuncu tur avqustun 14-nə təyin edilmişdir.

Yuxarıda qeyd etdiyimiz kimi, Tromcödə Olimpiada sayca 41-ci olacaq. Növbəti, 42-ci Olimpiada isə 2016-cı ildə Bakıda təşkil ediləcək. Bununla əlaqədar olaraq avqustun 12-də Tromcödə Azərbaycan günü keçiriləcək və bu tədbirin qonaqları Bakının Ümumdünya Şahmat Olimpiadasına hazırlığı ilə bağlı təqdimat mərasimində iştirak edəcəklər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında