İdman xəbərləri

Baş mükafatı Kamski qazandı
Novxanıda "Baku Open-2010" beynəlxalq şahmat turniri Qata Kamskinin qələbəsi ilə başa çatmışdır. Amerikalı qrossmeyster sonuncu turda Boris Savçenkonu (Rusiya) məğlubiyyətə uğradaraq 9 mümkün xaldan 7,5 xal toplamış və bu qələbə ilə birinci yeri özünə təmin etmişdir.
Azərbaycan Gənclər və İdman Nazirliyinin ölkə Şahmat Federasiyası ilə birgə təşkil etdiyi ənənəvi yarışın ümumi mükafat fondu 60 min dollar idi. Bu məbləğdən 10 min dollar qalib şahmatçı üçün nəzərdə tutulmuşdu. Kamskiyə həmçinin kubok təqdim olunmuşdur.
Turnirdə dörd iştirakçı - israilli Emil Sutovski, Belarus şahmatçısı Aleksey Aleksandrov, İran təmsilçisi Aşkar Qolizadə və həmyerlimiz Nicat Abbasov ikinci-beşinci yerləri bölüşdürmüşlər. Onlar Kamskidən yarım xal geri qalmışlar.

{nl}

Seçmə sınaqları
Bu gün futbol üzrə Avropa çempionatı - 2012-nin seçmə yarışları çərçivəsində bir oyun olacaq. "F" qrupunda çıxış edən İsrail yığması öz meydanında Malta komandasını sınağa çəkəcək.
Sabah isə digər qruplarda rəqiblər final mərhələsinə vəsiqə uğrunda mübarizəyə qoşulacaqlar. Azərbaycan komandasının daxil olduğu "A" qrupunda Qazaxıstan-Türkiyə və Belçika-Almaniya görüşləri keçiriləcəkdir.
Xatırladaq ki, yığmamız turnirə sentyabrın 7-də Kölndə Almaniya komandasına qarşı oyunla başlayacaq və bu görüşü isveçli hakim Markus Stromberqsson idarə edəcəkdir.

{nl}

FİDE növbəti reytinq cədvəlini açıqlamışdır
Beynəlxalq Şahmat Federasiyası (FİDE) dünyanın ən yaxşı 100 şahmatçısının 2010-cu il sentyabrın 1-nə olan reytinq cədvəlini dərc etdirmişdir. Cədvəlin ilk on pilləsində olan qrossmeysterlər arasında Azərbaycan şahmatının lideri Şəhriyar Məmmədyarov da vardır. Təmsilçimiz 2756 xalla səkkizinci mövqedədir.
Əvvəlkitək norveçli Maqnus Karlsenin (2826 xal) başçılıq etdiyi siyahıda birinci onluğa həmçinin Veselin Topalov (Bolqarıstan, 2803), Vişvanatan Anand (Hindistan, 2800), Levon Aronyan (Ermənistan, 2783), Vladimir Kramnik (Rusiya, 2780), Pavel Elyanov (Ukrayna, 2761), Aleksandr Qrişuk (Rusiya, 2760), Vasili İvançuk (Ukrayna, 2754) və Boris Gelfand (İsrail, 2751) daxildirlər.
Azərbaycan şahmat məktəbinin digər yetirmələri - Teymur Rəcəbov (2748) cədvəldə 13-cü, Vüqar Həşimov (2719) 26-cı, Rauf Məmmədov (2660) isə 80-ci pillədədirlər.
Eltac Səfərlinin dünyanın ən yaxşı 20 gənc şahmatçısının siyahısında 2607 xalla 19-cu olduğunu da qeyd edək.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında